Bank Of Baku

Lənkəranda şəkərli diabetlə mübarizə mövzusunda regional tədbir keçirilib

Lənkəranda şəkərli diabetlə mübarizə mövzusunda regional tədbir keçirilib
# 30 mart 2011 13:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində şəkərli diabet xəstəliyi ilə mübarizəyə həsr olunmuş regional seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli mütəxəssislərin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanununun, "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının mahiyyəti barədə danışıb. Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov isə çıxışında şəkərli diabet xəstəliyinə qarşı mübarizə istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə danışıb. Onun sözlərinə görə, bütün tədbirlərin və proqramların başlıca məqsədi şəkərli diabetdən əziyyət çəkən şəxslərin həyat şəraitini yaxşılaşdırmaqdan, xəstəliyin ağır fəsadlarının qarşısını almaqdan və cəmiyyət üçün sağlam, əmək qabiliyyətli vətəndaşlar yetişdirməkdən ibarətdir. Mərkəzin direktoru çıxışında şəkərli diabet xəstəliyinin xeyli cavanlaşdığını, bu gün 35-40 yaşlı vətəndaşların bu xəstəlikdən daha çox əziyyət çəkdiklərinin müşahidə olunduğunu diqqətə çatdırıb: ”Günümüzün xəstəliyinə çevrilmiş şəkərli diabetə tutulmamaq üçün sadəcə, sağlam həyat tərzi sürmək çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR