Bank Of Baku

Azərbaycanda səfərdə olan Texniki Təcrübə üçün Tələbələrin Mübadiləsi Beynəlxalq Assosiasiyasının rəhbərləri mətbuat konfransı keçirib

Azərbaycanda səfərdə olan Texniki Təcrübə üçün Tələbələrin Mübadiləsi Beynəlxalq Assosiasiyasının rəhbərləri mətbuat konfransı keçirib
# 30 mart 2011 14:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Tələbə Birliyinin (ATB) təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Texniki Təcrübə üçün Tələbələrin Mübadiləsi Beynəlxalq Assosiasiyasının rəhbərləri mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, əvvəlcə ATB-nın sədri Elvin Aslanov təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb və bildirib ki, üzvü olduğu beynəlxalq təşkilat və əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr texniki sahədə potensiallarını artırmaqdan ötrü xarici ölkələrdə təhsillərini davam etdirir. E. Aslanov deyib ki, beynəlxalq təşkilatın baş katibi Qoran Radnoviç və qurumun Asiya Forumunun sədri Pulat Pulatov 3 gündür Azərbaycanda səfərdədirlər. Q. Radnoviç təmsil etdikləri təşkilatın fəaliyyəti, tarixi və perspektivləri barədə danışaraq, ATB ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. O deyib ki, bu ilin noyabrında təşkilatın III Asiya Forumu keçiriləcək.

P. Pulatov Azərbaycana səfərləri çərçivəsində Dövlət İdarəçilik Akademiyasında, Xəzər Universitetində, Turizm İnstitutunda, Texniki Universitetdə bu təhsil müəssisələrin rəhbərləri ilə görüşüb, fikir mübadiləsi aparıblar. O, Təhsil Nazirliyində də keçirilən görüşdən məmnunluğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR