Bank Of Baku

Sumqayıtda «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda seminar keçirilib

Sumqayıtda «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda seminar keçirilib
# 30 mart 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Sumqayıtda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda növbəti seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib. O qeyd edib ki, hazırda ölkədə istehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verən V.Quliyev bildirib ki, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» məruzəsi ilə çıxış edərək, istehlakçı hüquqları barədə ətraflı məlumat verib, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR