Bank Of Baku

Balakəndə yeni körpü istifadəyə verilib

Balakəndə yeni körpü istifadəyə verilib
# 30 mart 2011 15:24 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda yeni körpü istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Xalatala və Şərif kəndləri arasından keçən İnter çayı üzərindəki körpü son illər bərbad vəsiyyətində olduğundan bu kəndlərin sakinlərinin rayon mərkəzi ilə gediş-gəlişində problemlər yaranırdı. Problemi həll etmək məqsədilə dövlət vəsaiti hesabına ötən ilin sonundan başlayaraq İnter çayı üzərində maya dəyəri 200 min manat olan layihə əsasında uzunluğu 14, eni isə 6 metr olan körpü tikilib.

Yeni körpünün tikilib istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Balakən İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, müvafiq təşkilat nümayəndələri və rayonun Xalatala və Şərif kənd sakinləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR