Bank Of Baku

Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan şəxs Ombudsmanın müdaxiləsindən sonra aclıq aksiyasını dayandırıb

Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan şəxs Ombudsmanın müdaxiləsindən sonra aclıq aksiyasını dayandırıb
# 30 mart 2011 15:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Zaqatala rayonunun Car kəndinin sakini İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya teleqram ünvanlayaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərindəki 2 saylı istintaq təcridxanasında saxlanılan həyat yoldaşı Elşən İbrahim oğlu Əliyevin aclıq aksiyası keçirdiyini, onun tibbi yardıma ehtiyacı olduğunu bildirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, şikayətçi həyat yoldaşının səhhətindən narahat olduğunu, həkim müayinəsindən keçirilməsi və aclığı dayandırmasında kömək göstərilməsini Ombudsmandan xahiş edib.
E. Süleymanova şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşlarına tapşırıb. Gəncə Regional Mərkəzinin əməkdaşları 2 saylı istintaq təcridxanasında saxlanılan Elşən Əliyevlə müxtəlif vaxtlarda iki dəfə görüşüb söhbət aparıblar. O, barəsində açılmış cinayət işinin istintaqına etiraz əlaməti olaraq aclıq keçirdiyini söyləyib. Ona hüquqları izah edilib, səhhətinə ziyan vuran aclıq aksiyasını dayandırmaq tövsiyə olunub. Ombudsmanın nümayəndələri eyni zamanda həmin saxlanılan şəxsin həkim müayinəsini təşkil ediblər.
Müvəkkilin tapşırığı ilə mərkəzin əməkdaşları yenidən E.Əliyevlə görüşdükləri zaman o, hazırda aclığı dayandırdığını, sağlıq durumunun normal olduğunu və istintaq təcridxanasında qida ilə təmin edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR