Bank Of Baku

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə sabah soyqırım həqiqətlərini özündə əks etdirən internet aksiyalar təşkil ediləcək

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə sabah soyqırım həqiqətlərini özündə əks etdirən internet aksiyalar təşkil ediləcək
# 30 mart 2011 15:36 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının iştirakı ilə martın 31-də soyqırım həqiqətlərini özündə əks etdirən internet aksiyalar təşkil ediləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu aksiyalar artıq 5 ildir ki, təşkil olunur. İnternet aksiyaları vasitəsilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara 1918-ci il martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə elektron poçt ünvanlara minlərlə məlumatlar göndərilir. Aksiya şərti olaraq “Gənclər terror əleyhinə” internet aksiyası adlanır. Aksiya çərçivəsində ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər qoşularaq 25000-dən çox elektron poçt ünvanlarına Azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndərəcəklər.

Aksiyaya rəsmi olaraq martın 31-də Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının konfrans zalında saat 15.00-da və “İRƏLİ” İctimai Birliyinin konfrans zalında saat 16.00-da start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR