Bank Of Baku

İrəvan Dövlət Dram Teatrı Beyləqanda tamaşa səhnələşdirib

İrəvan Dövlət Dram Teatrı Beyləqanda tamaşa səhnələşdirib
# 30 mart 2011 18:50 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu-APA. İrəvan Dövlət Dram Teatrı Beyləqanda teatrsevərlər qarşısında «Soyqırım abidəsinin dastanı» tamaşasını göstərib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, səhnə əsəri Beyləqan şəhərində yerləşən Soyqırım abidəsinin qarşısında açıq səhnədə tamaşaçılara təqdim edilib. Dastanın əsas süjet xətti əsasən Qarabağ müharibəsi və onun Azərbaycan xalqına vurduğu zərərləri əhatə edir. Tamaşada rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artistlər Esmiralda Şahbazova, Vidadi Əliyev, Vaqif Kərimov, aktyorlardan Niyaməddin Səfərəliyev, Nurbəniz Niftəliyeva, Pərviz Gülməmmədov, Əhliman Ərşadov, Anar Sadıqov ifa ediblər. İki hissəli tamaşanın baş məsləhətçisi Hidayət Orucov, ideya müəllifi İrşad Əliyev (Beyləqan RİH başçısı), şerlərin və tamaşanın müəllifi İftixar Piriyev, rejissor və xoreoqrafı Hacıbaba Məmmədov, bəstəkarı Muxtar Abdulhüseynov, musiqi tərtibatçısı isə Çingiz Xəlilovdur. Əsərin ssenarisi isə türkiyəli yazıçı Zehni Papaqçı tərəfindən qələmə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR