Bank Of Baku

Terminologiya Komissiyası mətbuatda düzgün yazılmayan alınma sözlərin siyahısını hazırlayacaq

Terminologiya Komissiyası mətbuatda düzgün yazılmayan alınma sözlərin siyahısını hazırlayacaq
# 31 mart 2011 09:48 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, artıq komissiya tərəfindən 30-a qədər düzgün yazılmayan alınma söz müəyyənləşdirilib. Bunlar, əsasən, informatika ilə bağlı terminlərdir. Düzgün yazılmayan alınma sözlərin siyahısı tam müəyyənləşdiriləndən sonra siyahı “Terminologiya Komissiyasının qəbul etdiyi terminlər” adı ilə çap olunacaq və internetdə yerləşdiriləcək. S. Sadıqova deyib ki, ümumiyyətlə, ölkəyə daxil olan yeni terminlər müəyyənləşdirilərək il ərzində iki dəfə nəşr olunur: “Adətən ölkəyə dəqiq elmlərlə, məsələn, riyaziyyatla bağlı il ərzində 20-30, ictimai-siyasi elmlərlə bağlı isə il ərzində 100-200 termin daxil olur”.

S. Sadıqova deyib ki, müstəqillik illərindən bu yana Azərbaycanda 93 terminoloji lüğət çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR