Bank Of Baku

Qubadakı kütləvi məzarlığın ziyarəti başlanıb - FOTOSESSİYA

Qubadakı kütləvi məzarlığın ziyarəti başlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 31 mart 2011 09:50 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. 31 mart – azərbaycanlıların soyqırımı günü ilə bağlı Qubadakı kütləvi məzarlığın ziyarəti başlanıb. APA-nın şimal bürosunun xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq minlərlə insan, gənclər, ayır-ayrı dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri məzarlığa yürüş edib. Ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımı aktları barəsində beynəlxalq ictimaiyyətə daha çox məlumatların verilməsi təşəbbüslərinin artırılması yürüş iştirakçıları tərəfindən xüsusi vurğulanıb. Mərasim soyqırım qurbanlarının xatirəsinə yaradılan abidə kompleksinin önündə davam etdirilib. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov çıxış edərək 1918-ci ildə ermənilər tərəfindən törədilmiş qanlı soyqırım haqqında nitq söyləyiblər.
Qeyd olunub ki, 1918-ci ilin yazında dörd dəfə Quba qəzasına hücum edən erməni silahlı dəstələri 122 kəndi, 26 məscidi yandıraraq dağıdıblar. Quba şəhərində 105 ev talan edilib. Quba qəzasında yaşayan 3 min müsəlman xüsusi zorakılıqla öldürülüb. Bildirilib ki, son illərin tədqiqatları öldürülən azərbaycanlıların sayının daha çox olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR