Bank Of Baku

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda anım tədbirləri keçirilib – FOTO

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda anım tədbirləri keçirilib – <font color=red>FOTO</font>
# 31 mart 2011 10:23 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 31 Mart – azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri, müəssisə, idarə və təşkilatların nümayəndələri, ziyalılar və tələbələr şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Bu gün, həmçinin Lənkəran Dövlət Universitetində (LDU) soyqırım günü ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə LDU-nin rektoru, professor Asəf İsgəndərov, dosent Hacı Mirhaşım Talışlı, tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov çıxışlarında soyqırımı hadisələrinin Lənkəran bölgəsindən də yan keçmədiyini, 1918-ci ilin mart-aprel aylarında qəzada 40-dək kəndin yandırıldığını, günahsız insanların qətlə yetirildiyini, həmin illərdə rayonun Kərgəlan, Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Xolmili və digər kəndlərində görünməmiş talanların və qırğınların törədildiyini bildiriblər. Martın 31-də rayonun bütün ümumtəhsil müəssisələrində, LDU-da, humanitar kollecdə, tibb kollecində ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilib.
Bu gün eləcə də soyqırımı haqqında Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün LDU-da virtual aksiya keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR