Bank Of Baku

İçərişəhərdə Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunacaq

İçərişəhərdə Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunacaq
# 31 mart 2011 13:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2-7 aprel tarixlərində Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə “Nağıl qəhrəmanları rəssamların gözü ilə” adlı rəsm və kitab sərgisi keçiriləcək. Bu barədə APA-ya
Qoruq İdarəsindən bildirilib. Sərgidə “Tutu” nəşriyyatının son 15 il ərzində məhsulu olan uşaq kitabları və bu kitablardakı rəsmlər nümayiş olunacaq. 2 aprel tarixi − Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd olunur. Məşhur nağılçı Hans Xristian Andersenin doğum günü olan bu tarix 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə qəbul olunub. Bu sərginin keçirilməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə, gənclərin və uşaqların tariximizə və mədəniyyətimizə məhəbbət ruhunda böyüdülməsi və maarifləndirilməsi istiqamətində dövlət siyasətinə töhfə verməkdir. “Nağıl qəhrəmanları rəssamların gözü ilə” adlı rəsm və kitab sərgisinin açılışı 2011-ci il aprelin 2-si, saat 15.00-da İçəri Şəhərdə yerləşən “Kiçik Karvansara” tarixi abidəsində (“İncəsənət Bağı”) baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR