Bank Of Baku

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
# 31 mart 2011 14:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda və Lənkəranda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktlarının həyata keçirilməsi barədə danışılıb və Azərbaycana qarşı erməni terrorunun hələ də davam etdiyi xüsusi olaraq vurğulanıb.
Qeyd olunub ki, 26 mart 1998-ci ildə Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi məsələsi hələ də öz həllini gözləyir.
Çıxışlardan sonra azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən film və video-çarxlar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR