Bank Of Baku

Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib

Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib
# 01 aprel 2011 08:31 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) xətti ilə Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, konfransda Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının təhsil işçiləri, eləcə də paytaxt məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqi üzrə aparıcı müəllimləri iştirak edib. Konfransda çıxış edən TSİİ-nin rəisi Samir Muradov Dövlət Proqramının komponentləri və proqram çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, fəaliyyət bir neçə istiqamətlərdə aparılır və təhsildə İKT-nın sistemli tətbiqinin təmin edilməsinə istiqamətlənir.
Konfrans çərçivəsində “İnternet tədris vəsaiti kimi”, “Təhsildə elektron resurslar”, “Elektron məktəb” mövzularında maarifləndirici seminarlar da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR