Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq dənizdibi seysmik stansiyaların yeri müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq dənizdibi seysmik stansiyaların yeri müəyyənləşib
# 01 aprel 2011 09:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. AMEA-nın Geologiya İnstitutunda “Yaponiya zəlzələləri. Azərbaycanın geodinamika problemləri” mövzusunda keçirilən toplantıda çıxış edən Q. Yetirmişli deyib ki, bu ilin sonana kimi Xəzərdə 3 dənizdibi seysmometr quraşdırılacaq. Onun sözlərinə görə, Xəzərdəki seysmik stansiyalar yüksək qaz potensialına malik, Azərbaycana məxsus “Ümid” və “Günəşli” yataqlarında və bp-yə məxsus “Şahdəniz” yatağında olacaq. İlk seysmometrin “Ümid” yatağında olan platformadan 300-350 metr dərinlikdə quraşdırılması gözlənilir. Q. Yetirmişli deyib ki, bu, keçmiş SSRİ-yə daxil olan respublikalar arasında quraşdırılan ilk dəniz dibi seysmometr olacaq.

Mərkəz direktorunun sözlərinə görə, Xəzərdə 10 belə dənizdibi stansiyanın quraşdırılması nəzərdə tutulur. Hazırda Azərbaycanda 30 seysmik stansiyanın olduğunu xatırladan Q. Yetirmşli bildirib ki, ilin sonuna kimi, quru sahədə daha 5 stansiya quraşdırılacaq. Bununla da 35-i quruda, 10-u isə dəniz dibində olmaqla Azərbaycanın seysmik monitorinq sistemi yaradılacaq. Mərkəz direktoru onu da deyib ki, dənizin dibində passiv seysmik monitorinq işləri Xəzərdəki karbohidrogen ehtiyatlarının məhsuldarlığı artırmağa kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR