Bank Of Baku

Azərbaycanda “İKT modeli” layihəsinə start verilib

Azərbaycanda “İKT modeli” layihəsinə start verilib
# 01 aprel 2011 11:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. İslam Konfrans Təşkilatı məkanında ilk dəfə olaraq bu gün Bakıda “İKT modeli – beynəlxalq təhsil layihəsi”nin təqdimatı və açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, “İKT modeli” layihəsi İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı və Xarici İşlər, Gənclər və İdman nazirliklərinin, Diplomatik Akademiya və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə reallaşır.

İslam Konfransı Gənclər Forumunun baş katibi, səfir Elşad İsgəndərov bildirib ki, dünya ali məktəblərinin çoxu modelyasiya və stimulyasiya üsullarından geniş istifadə edirlər. Bunlardan ən geniş yayılanı isə BMT modelidir: “Biz də bu örnəkdən istifadə etmişik. “İKT modeli” layihəsi BMT tərəfindən həyata keçirilən “BMT modeli” layihəsinin analoqu kimi təsis olunsa da, bu proqramda sözsüz ki, İKT tarixi və strukturunun, bu qurumun həyata keçirdiyi proqramların spesifikliyi nəzərə alınacaq”.

E. İsgəndərov deyib ki, layihənin milli mərhələsində Bakının ali məktəblərinin 100-dən artıq tələbəsi iştirak edəcək. Onlar 6 həftə ərzində İKT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə tanış olacaqlar. Gələcəkdə proqramın İKT-nin digər ölkələrində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR