Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında komanda-qərargah təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında komanda-qərargah təlimi keçirilib
# 01 aprel 2011 11:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Martın 29-30-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbi hissə və bölmələrin idarə olunmasının təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib. Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissə və bölmə komandirlərini xilasetmə işlərinin təşkil edilməsi və rəhbərlik sahəsində təcrübələndirmək, sülh dövründə fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsinin təşkili üzrə iştirakçıların praktik vərdişlərinin təkmilləşdirilməsi, xilasetmə bölmələrinin şəxsi heyətinə zərərçəkənlərin axtarılması və xilas edilməsi, maddi sərvətlərin qorunması və təbii fəlakətlərin, texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə təcrübə qazanmaq, hadisə rayonunda xilasetmə və digər təxirəsalınmaz qəza-xilasetmə işləri aparılan zaman hərbi hissənin bölmələri ilə FHN-in digər qüvvələri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyətini təşkil etmək olub.

Təlimə cəlb olunmuş qüvvələr şərti olaraq seçilmiş cəmləşmə rayonuna yürüş keçirib, ərazidə yerləşdirilib, xilasetmə və digər təxirəsalınmaz qəza-xilasetmə işlərinin aparılmasına hazırlıq tədbirləri həyata keçirilib.

Şərti məlumat əsasında baş vermiş təbii fəlakətin və onun nəticəsində yaranmış texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı hərbi hissə və bölmələrin idarə olunması, şəraitin qiymətləndirilməsi, güc və qüvvələrin düzgün bölüşdürülməsi, axtarış-xilasetmə işlərinin təşkili, aparılması, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, digər qüvvələrlə qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə işlərinin aparılması, təxliyyə rayonlarının yaradılması, hadisə baş vermiş ərazilərdən əhalinin köçürülməsi, yerləşdirilməsi, onların həyat fəaliyyətinin təmin olunması və s. diqqət yetirilən əsas istiqamət sahələri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR