Bank Of Baku

Azərbaycanın titrəşmə xəritəsi yaradılıb

Azərbaycanın titrəşmə xəritəsi yaradılıb
# 01 aprel 2011 12:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən Azərbaycanın titrəşmə xəritəsi yaradılıb. APA-nın məlumatına görə, bu barədə institutun Seysmologiya və geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, titrəşmə xəritəsi Azərbaycanında mövcud olan seysmik təhlükələri öyrənmək baxımından əsas xəritədir: ”Təəssüf ki, indiyədək Azərbaycanda belə xəritə mövcud olmayıb. Bu xəritənin ardınca Azərbaycanın seysmik göstəricilərinə dair silsilə xəritələr buraxılacaq. Onların arasında Azərbaycanın maksimal maqnituda xəritəsi də var. Azərbaycanda ən güclü zəlzələnin maqnitudası 7-ni keçməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR