Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanda əhalinin sudan istifadəyə görə yaranmış borcları silinəcək”

Prezident İlham Əliyev: “Azərbaycanda əhalinin sudan istifadəyə görə yaranmış borcları silinəcək”
# 01 aprel 2011 12:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib.

Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.

Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR