Bank Of Baku

Abşeronda geodinamik GPS poliqonunun yaradılması təklif olunur - FOTO

Abşeronda geodinamik GPS poliqonunun yaradılması təklif olunur - <font color=red>FOTO</font>
# 01 aprel 2011 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda “Yaponiya zəlzələsi. Azərbaycanın geodinamik problemləri” mövzusunda Elmi Şuranın toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən institutun direktoru Akif Əlizadə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Yaponiyada baş verən zəlzələlərin səbəblərini təhlil etməklə, Azərbaycandakı geodinamik prosesləri müzakirə etməkdir.

İnstitutun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov isə deyib ki, Azərbaycanda 1998-ci ildən geodinamik proseslərin daha dərindən öyrənilməsinə başlanılıb. Şöbə müdiri Azərbaycanda baş verə biləcək zəlzələlərlə bağlı daha dəqiq məlumat vermək üçün ölçü nöqtələrinin sayını artırmağı və seysmik hadisələrin ssenarisini hazırlamağı məqsədəuyğun sayıb: “Hazırda biz Abşeron yarımadasının 31 nöqtəsində monitorinqlər aparırıq. Bu azdır. Abşeronda geodinamik GPS poliqonu yaradılmalıdır. Seysmik proseslərin neft və qaz yataqlarına təsirini öyrənmək üçün burada passiv seysmik tədqiqatlar aparılmalıdır. Bunlar qazma prosesində təhlükəli halları qabaqcadan görməyə imkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR