Bank Of Baku

Gənc Alimlərin I Elm Festivalı keçirəcək

Gənc Alimlərin I Elm Festivalı keçirəcək
# 01 aprel 2011 12:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən mayın 11-16-da Gənc Alimlərin I Elm Festivalı keçirəcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival çərçivəsində “Beynəlxalq kimya ili – 2011: nəzəri-eksperimental kimyanın problemləri gənc alimlərin araşdırmalarında” və “Gənc alimlərin elmi tədqiqatlarının müasir istiqamətləri” adlı konfranslar, “Səfəvilər dövləti – 510: Azərbaycan dövlətçilik tarixi gənc alimlərin araşdırmalarında” adlı seminar, “Qarabağ həqiqətləri gənc alimlərin tədqiqatlarında” adlı dəyirmi masa və “Açıq qapı günləri: istedadlı uşaq və gənclərlə gənc alimlər arasında əməkdaşlıq münasibətlərinin qurulması, elmi laboratoriyalarla tanışlıq və elmi təqdimatların keçirilməsi” təşkil ediləcək.
Gənc Alimlərin I Elm Festivalında AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, elmi işçi, laborant və doktorantlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR