Bank Of Baku

Penitensiar Xidmətin rəisi Avropa Şurasının Azərbaycandakı ofisinin məsləhətçisi ilə görüşüb

Penitensiar Xidmətin rəisi Avropa Şurasının Azərbaycandakı ofisinin məsləhətçisi ilə görüşüb
# 01 aprel 2011 13:22 (UTC +04:00)
Bakı - APA. Bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev Avropa Şurasının Azərbaycandakı ofisinin məsləhətçisi Erik Svanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, M. Quliyev Penitensiar Xidmətin fəaliyyəti, son dövrlərdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat verib. Daha sonra görüşdə Avropa Şurası və Avropa İttifaqının “Azərbaycanda pis rəftarla və cəzasızlıqla mübarizə” adlı birgə proqramı çərçivəsində “Azərbaycanda pis rəftar və cəzasızlıqla mübarizə və pis rəftar hallarının səmərəli araşdırılmasına dair ölkə hesabatı” müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR