Bank Of Baku

AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda malyariyanın eliminasiyasına yardım göstərəcək

AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda malyariyanın eliminasiyasına yardım göstərəcək
# 01 aprel 2011 13:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Orta Asiya üzrə proqram rəhbəri Sandra İrbenin Azərbaycana martın 28-dən başlayan səfəri başa çatıb. Fondun Azərbaycan üzrə Əlaqələndirmə Komissiyasının sədr müavini Soltan Məmmədov APA-ya bildirib ki, səfər zamanı S. İrbe Səhiyyə Nazirliyində görüşlərdə Qlobal Fondun Maliyyə dəstəyi ilə həyata keçirilən Vərəm, HİV və Malyariya ilə mübarizə proqramlarının tətbiqi, əldə olunmuş nəticələr və növbəti addımları müzakirə edib. Səhiyyə Nazirliyi tərəfindən 2010-cu ildə təsdiqlənmiş Milli Vərəm Strategiyası, 2011-2015-ci illər üçün Vərəmlə Mübarizə üzrə fəaliyyət planı, vərəmli xəstələrin dianostikası və müalicəsi istiqamətində görülmüş işlər, multirezistent xəstələrin stasionar və ambulator müalicəsi üçün stasionar vərəm müəssisələrinin və DOT (birbaşa müşahidə yolu ilə müalicə) məntəqələrinin ölkənin bütün ərazisində təmin olunması, malyariyanın eliminasiyası strategiyasının tətbiqi üçün görülən işlər Fond tərəfindən yüksək qiymətləndirilib.
Səfər zamanı 2011-2013-cü illərdə malyariyanın eliminasiyası istiqamətində Qlobal Fondun maliyyə dəstəyi ilə görüləcək fəaliyyət planı da bir daha müzakirə olunaraq razılaşdırılıb.
Bununla yanaşı, HİV-ə yoluxmanın profilaktikası, HİV-ə yoluxmuş xəstələrin Antiretrovirus müalicəsi istiqamətində Səhiyyə Nazirliyinin son illərdə gördüyü işlər də bəyənilib. Qlobal Fondun Maliyyə dəstəyi ilə 2011-2015-ci illərdə HİV-in profilaktikası və müalicəsi proqramının tətbiqi məsələləri bir daha razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR