Bank Of Baku

Kəlbəcərli uşaqlar dövlət tərəfindən onlara verilən 1 aylıq çörək pullarını yapon həmyaşıdlarına göndəriblər

Kəlbəcərli uşaqlar dövlət tərəfindən onlara verilən 1 aylıq çörək pullarını yapon həmyaşıdlarına göndəriblər
# 02 aprel 2011 11:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, Kəlbəcərdən olan bir qrup məcburi köçkün uşağın müraciəti əsasında onların Yaponiyanın Azərbaycandakı səfirliyinə gəlməsi təmin edilib. Kəlbəcərin işğal günüdə həmin rayondan olan uşaqlar Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində faciə ilə üzləşən yapon həmyaşıdlarına dəstək olduqlarını bildiriblər. Tədbirin əsas məqsədi barədə Yaponiya səfiri Suşuke Vatanabeyə məlumat verən ARGTMŞ sədri Fuad Muradov bildirib ki, Kəlbəcərdən olan insanlar 18 ildir ki, köçkün həyatı yaşayırlar: “Azərbaycan dövləti onlara hər bir şərait yaratmağa çalışır. Yaponiya dövləti də öz növbəsində qaçqınlar, məcburi köçkünlər üçün işlər görüb. Burada olan uşaqlar da faciə ilə üzləşiblər. Odur ki, bu gün Yaponiyada olan həmyaşıdlarına dəstək vermək üçün bura gəliblər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşən bu uşaqlar faciə nəticəsində zərər çəkən yapon uşaqların dərdinə şərik olurlar”.
Kəlbəcərdən olan məktəblilər yapon həmyaşıdlarına yazdıqları məktublarını və onlara dövlət tərəfindən verilən 1 aylıq müavinətlərini (çörək pullarını) Yaponiyada yaşayan uşaqlara çatdırmaq üçün səfirə təqdim ediblər.
Səfir Suşuke Vatanabe belə bir gündə uşaqların Yaponiyada baş verən təbii fəlakət nəticəsində həlak olan həmyaşıdlarına dəstək olmalarını yüksək qiymətləndirib: “Mən bu gün Azərbaycan xalqının hisslərini daha dərindən hiss etdim. Yaponiya hal-hazırda çox ağır günlər keçirir. Yaponiyada təbii fəlakət baş verən günlər ərəfələrində Azərbaycan prezidenti İlham Əliyev bizim imperatorumuza başsağlığı məktubu göndərib və qısa müddət ərzində bir milyon dollar miqdarında ianə də bağışlayıb. Həm Azərbaycan hökumətinin, həm də bu uşaqların addımı məni çox təsirləndirdi. Mən bu pulu mütləq Yaponiyaya göndərəcəyəm. Yaponiyada belə bir atalar sözü var - əsil dost dar gündə tanınar. Azərbaycan da Yaponiyanın bu dar günündə öz dost, yardım əlini uzatdı.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR