Bank Of Baku

Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər olan ərazidə baş verən torpaq qırılması ilə bağlı məlumat açıqlanıb

Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər olan ərazidə baş verən torpaq qırılması ilə bağlı məlumat açıqlanıb
# 02 aprel 2011 11:38 (UTC +04:00)
Bu barədə APA-ya hadisə yerində tədqiqatlar aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının baş mühəndis əvəzi Şaiq Niftiyev bildirib. O, deyib ki, ərazidə proseslər fevral ayının 14-dən başlayıb: “Fevralın 14-ü və 28-də Hacıqabul rayonu ərazisində 2,3 və 2,8 bal gücündə zəlzələlər baş verib. Fevralın 25-i və 26-da isə Salyan-Şirvan yolunda, Yeni Xələt kəndinin ərazisində asfaltda çatlar yaranıb. Bizim əməkdaşlar martın 2-də Salyanda Babazanan dağından Kürsəngiyə qədər olan 14 kilometr ərazini izləyib. Həmin ərazini yer səthindən 1-2 metr qazdıqda qırılmanın eni 2-2,5 metrə çatıb. Martın 5-də həmin xətt boyunca Hacıqabul ərazisində 3,5 bal gücündə zəlzələ oldu. Martın 12-də isə çatların genişlənməsinin və pilələrin yaranmasının şahidi olduq. Elə həmin gecə Qobustan ərazisində Şıxzəyirli və Ərəbşahverdi palçıq vulkanları püskürdü. Hər iki vulkan bu qırılma boyunca yerləşir. Müşahidələrimizə əsasən hazırda qırılma boyunca Kürsəngi ərazisində 8 təzə palçıq vulkanı sahəsi yaranıb. Bu vulkanların hamısından lava axını müşahidə olunur. Ərazidə olan sürüşmə sahələri aktivləşib. Yeni Xələt kəndində iki evdə çatlar yaranıb”.

Ş. Niftiyev baş verən hadisənin qorxulu deyil, unikal təbiət hadisəsi olduğunu qeyd edib: “İlk dəfədir ki, düzənlik ərazidə qırılma yer səthində özünü belə göstərir. Bu, çox nadir hadisədir. Bundan “panika”ya düşmək lazım deyil. Baş verən qırılmanın nəticəsində qorxulu proses gözlənilmir. Həmin ərazidə söndürmə qabiliyyətinə malik gillər üstünlük təşkil edir. Buna görə də kəskin deformasiyanın yaranması şübhə altındadır. Son iki həftə ərzində çatların enində və dərinliyində artım müşahidə olunmayıb”.

Ş. Niftiyev ərazidə müşahidələrin davam etdirildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR