Bank Of Baku

Batumidə “Qara dəniz regionu: Milli planlar və beynəlxalq yardım” adlı beynəlxalq konfrans başlayıb

Batumidə “Qara dəniz regionu: Milli planlar və beynəlxalq yardım” adlı beynəlxalq konfrans başlayıb
# 02 aprel 2011 16:14 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə - APA. Batumidə “Qara dəniz regionu: Milli planlar və beynəlxalq yardım” adlı beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın Avropa və avroatlantik strukturlarına inteqrasiya məsələləri üzrə nazir Giorgi Baramidze açıb. Məlumata görə, tədbir iştirakçıları Qara dəniz regionunda NATO və Aİ-nın rolunun vacibliyi, demokratiyanın möhkəmləndirilməsi, təhlükəsizlik, insan hüquqları, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edəcəklər. Konfransda eyni zamanda KİV azadlığı və sosial islahatlar məsələləri müzakirə olunacaq. Konfransın məqsədi Gürcüstan, Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynada olan ümumi problemlər və imkanlar barədə diskussiya aparan və qərar qəbul etmək bacarığı olan gənc liderləri bir araya toplamaqdır.
Forum aprelin 3-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR