Bank Of Baku

Gürcüstanın qərbində baş verən qasırğa fəsadlar törədib

Gürcüstanın qərbində baş verən qasırğa fəsadlar törədib
# 04 aprel 2011 07:20 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın qərb bölgəsində baş verən güclü qasırğa fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Poti şəhərində qasırğanın gücü daha çox hiss edilib. Məlumata görə, qasırğa Potidə 15 çoxmərtəbəli və 10 özəl evlərin damlarını atıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Poti meriyasından verilən xəbərə görə, bu gündən başlayaraq, bərpa işlərinə başlanacaq və dəyən ziyan xüsusi fondun hesabına ödəniləcək. İşıq xətlərinin qəzalı vəziyyətə düşməsinə görə, Poti elektrik enerjisiz qalıb.
Güclü qasırğa Zuqdidi şəhərinə də ziyan vurub. Şəhərdə güclü külək nəticəsində yanğınlar baş verib, lakin tez bir zamanda söndürülüb.
Qasırğa Quriya bölgəsindən də xətərsiz ötüşməyib. Burada musiqi məktəbinin damını külək aparıb. İmereti bölgəsində də güclü külək əsib. Bu gün isə külək nisbətən sakitləşib. Məlumata görə, külək aprelin 5-ə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR