Bank Of Baku

Bakıda “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 04 aprel 2011 08:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 7-9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə “Ümumdünya mədəniyyətlərarası dialoq” forumu çərçivəsində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycan filosofları ilə yanaşı, Avropa, Asiya və Afrikanın tanınmış alim və filosoflarının iştirakı gözlənilir.
Tədbir çərçivəsində Avropa və Asiya Fəlsəfə İnstitutları Assosiasiyası direktorlarının xüsusi iclası, “Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair” və “Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq dialoq axtarışlarında” mövzularında iki dəyirmi masa da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR