Bank Of Baku

ABŞ-da işsizliyin səviyyəsi iki illik minimuma enib

ABŞ-da işsizliyin səviyyəsi iki illik minimuma enib
# 04 aprel 2011 08:33 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ABŞ-da işsizliyin səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,8%-ə enib ki, bu da son iki il ərzində ən aşağı göstəricidir. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Əmək Nazirliyinin yaydığı hesabatda bildirilir.

Ölkə iqtisadiyyatının qeyri-kənd təsərrüfatı sahələrində 216 min yeni iş yeri açılıb. Ümumilikdə martda özəl sektorda açılan yeni iş yerlərinin sayı 230 min (fevralda 240 min) olub. Dövlət sektorunda isə yeni iş yerlərinin sayı isə 14 min azalıb.

Ekspertlərin hesablamalarına görə, ABŞ-da 13,5 mln. işsiz vətəndaşı işlə təmin etmək üçün hər ay 250-300 min yeni iş yeri açılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR