Bank Of Baku

Gəncədə 6 stomatoloji kabinetin fəaliyyəti dayandırılıb

Gəncədə 6 stomatoloji kabinetin fəaliyyəti dayandırılıb
# 04 aprel 2011 09:12 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi şəhərdə fəaliyyət göstərən stomatoloji kabinetlərdə yoxlamalar keçirib. Gəncə Mərkəzdən APA-nın Qərb bürosuna verilən məlumata görə, 10 gün ərzində aparılan yoxlamalar zamanı bir sıra kabinetlərdə sanitar-gigiyenik normalara əməl olunmadığı aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq Gəncə şəhərində fəaliyyət göstərən 6 stomatoloji kabinetin fəaliyyəti dayandırılıb. Bağlanan kabinetlərdə əsasən sterilizatorlar, axar su, kanalizasiya sistemi ilə bağlı bir sıra problemlərə rast gəlinib. Ümumilikdə isə bu il Gəncə şəhərində fəaliyyəti dayandırılan stomatoloji kabinetlərin sayı 8-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR