Bank Of Baku

Balaxanı poliqonunda minə yaxın ağac əkilib – FOTO

Balaxanı poliqonunda minə yaxın ağac əkilib – <font color=red>FOTO</font>
# 04 aprel 2011 10:00 (UTC +04:00)
Bakı - APA-Economics. Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları poliqon ərazisi və ətrafında yaşıllaşdırma işləri aparıb.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində ərazidə 1000-ə yaxın ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, Balaxanı poliqonu ərazisində yaşıllaşdırma kampaniyası artıq ənənəvi hal alıb. 2010-cu ildə poliqon yaxınlığında bir neçə dəfə yaşıllaşdırma və abadlıq işləri aparılıb, 2000-dən çox ağac və bəzək kolları əkilib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR