Bank Of Baku

Azərbaycanın bir qrup ziyalısı prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycanın bir qrup ziyalısı prezident İlham Əliyevə müraciət ünvanlayıb
# 04 aprel 2011 11:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın bir qrup ziyalısı ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə APA-ya “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın, xalq artistləri Fərhad Bədəlbəyli, Oqtay Zülfüqarov, Faiq Sücəddinovun, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Baba Vəziroğlunun, xalq yazıçısı Çingiz Abdullayevin və başqalarının imzaladığı müraciətdə hazırda uşaq və yeniyetmələrin mədəni-mənəvi tərbiyəsi sahəsində müəyyən problemlərin olduğu və bu sahəyə dövlət qayğısının gücləndirilməsinə ehtiyac duyulduğu bildirilib: “Problemlərin bir qismi gənc nəslin dünya görüşünə, əxlaqi normalara və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olan incəsənət və ədəbiyyat nümunələrinin yaradılmasının bazar iqtisadiyyatı şəraitində gəlir gətirməyən sahə olması ilə bağlıdır. Bu sahədə ayrıca telekanalın olmaması isə böyüyən nəsil üçün ən əlçatan məlumatlandırma və mədəni tərbiyələndirmə mənbəyi olan televiziyanın imkanlarından istifadənin məhdud olması deməkdir. Mövcud teleradio proqramlarının tərtibatında ilk növbədə maddi səmərəlilik düşünülür, əsl incəsənət mənaca yüngül və bəzən tam mənasız şou məhsulları ilə əvəz edilir. Uşaqlar üçün ayrılan efir vaxtının azlığı, ayrılan vaxtda isə əsasən əcnəbi cizgi filmlərinin nümayiş etdirilməsi problemin həllini daha da çətinləşdirir. Uşaqların inkişafı üçün tələb olunan, onların yaşlarına uyğun müxtəlif səpkili Azərbaycandilli internet səhifələrini isə barmaqla saymaq olar”.

Müraciət müəllifləri problemdən çıxış yolu kimi təkliflər də irəli sürüblər: “Uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə yönəldilmiş “Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi və geniş ictimai müzakirəsinə ehtiyac var. Bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərini cəlb etməklə Koordinasiya Şurası və ya işçi qrupun yaradılması daha məqsədəuyğun olardı. Bunlarla yanaşı, bütün ölkə ərazisinə yayımlanan dövlət uşaq televiziya kanalının açılması da problemin həllinə müsbət təsir göstərər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR