Bank Of Baku

Azərbaycanın Lerik rayonunda 5000 illik yaşı olan maddi-mədəniyyət nümunəsi tapılıb

Azərbaycanın Lerik rayonunda 5000 illik yaşı olan maddi-mədəniyyət nümunəsi tapılıb
# 04 aprel 2011 11:50 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lerik rayonunun Blaband kən orta məktəbinin müəllimi Əliheydər Əliyevin sözlərinə görə, bu maddi-mədəniyyət nümunəsi hazırda onun yaratdığı şəxsi tarix-diyarşünaslıq muzeyində mühafizə olunur. 15X20 santimetrlik ölçüdə olan daşın üzərindəki mixi həriflərlə yazılan işarələr azərbaycanlıların hələ 5000 il əvvəl yazıb-oxumalarını bir daha sübut edir.

Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyev də APA-nın yerli bürosuna sözü gedən daşın üzərindəki işarələrin mixi yazılara bənzədiyini bildirib. Onun sözlərinə görə, bu cür maddi-mədəniyyət nümunələrinin respublikamızın ərazisində tapılması hələ 5000 il öncə azərbaycanlıların mixi yazıların vətəni olan Mesopotamiya ilə ictimai-siyasi, mədəni və ticarət əlaqələrinin olmasına dəlalət edir.

Bununla belə, H. Kəlbiyev lerikli müəllimin tapıntısının Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən tədqiq edilməsinin vacibliyini diqqətə çatdırıb: “Məhz mixişünaslar bu daşın üzərindəki yazıları oxumaqla respublikamızın keçmişi, mədəniyyəti, minilliklər boyu salınmış yaşayış məskənləri barədə əsaslı fikirlər söyləyə bilərlər”.

Qeyd edək ki, Lerik rayonunun Blaband kənd orta məktəbinin müəllimi Əliheydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış tarix-diyarşünaslıq muzeyində qorunan 3500-ə yaxın eksponatın əksəriyyətinin mütəxəssis tədqiqinə ehtiyacı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR