Bank Of Baku

Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılır

Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılır
# 04 aprel 2011 13:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Hemofiliya Assosiasiyası Səhiyyə Nazirliyi nəzdində Səhiyyənin İnformasiyalaşdırılması İdarəsi ilə birgə Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestrinin yaradılmasına başlayıb. Azərbaycan Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova APA-ya bildirib ki, hemofiliyalı xəstələrə yardım göstərmək məqsədilə Quba və Mingəçevirdə Regional İnformasiya Mərkəzi yaradılacaq. Həmin rayonlarda ətraf ərazilərdə yaşayan hemofiliyalı xəstələrin dərmanla təmin olunmasına yardım etmək məqsədilə rayonlararası hemofiliyalı xəstələrə tibbi yardım üçün kabinetlərin təşkili də nəzərdə tutulur. Belə kabinet Azərbaycanın 8 rayonunda yaradılacaq.

G. Hüseynovanın sözlərinə görə, hazırda qeydiyyata alınan 1300-ə yaxın hemofiliyalı xəstənin 500-ə yaxını Bakıda, qalanları isə rayonlarda yaşayır. Hazırda rayonlarda yaşayan bütün xəstələr dərman almaq üçün Bakıdakı akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gəlmək məcburiyyətindədirlər. Bu kabinetlər yaradıldıqdan sonra isə xəstələrin paytaxta gəlməsinə ehtiyac qalmayacaq.

G. Hüseynova əlavə edib ki, artıq aprelin sonuna qədər rayonlarda yaşayan xəstələrə birinci partiya dərmanlar paylanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR