Bank Of Baku

Ammanda “Orta Şərqin zəlzələ modeli” mövzusunda tədbir keçirilib

Ammanda “Orta Şərqin zəlzələ modeli” mövzusunda tədbir keçirilib
# 04 aprel 2011 13:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 31-dən aprelin 2-dək İordaniyanın paytaxtı Amman şəhərində “Orta Şərqin zəlzələ modeli” (Earthquake Model of the Middle East - EMME) Beynəlxalq layihəsi çərçivəsində toplantı keçirilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən məlumata görə, Pakistan, Türkiyə, İran, Qafqaz respublikaları, Suriya, Livan və digər Orta Şərq regionu ölkələrindən olan alimlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanı RSXM-nın Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli təmsil edib. Konfransda seysmikliyin təzahürünün xüsusiyyəti araşdırılıb, seysmik təhlükənin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb. Seysmik təhlükənin qiymətləndirilməsinə nail olmaq üçün yerlərdə müvafiq məlumatların toplanıb analiz olunması və onların Şərq ölkələri ilə birgə araşdırılması məqsədə uyğun hesab edilib. Qeyd edək ki, bu vaxta qədər layihə çərçivəsində Türkiyənin İstanbul, Sakariya şəhərlərində, eləcə də Gürcüstanda toplantılar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR