Bank Of Baku

Yunanıstan prezidentinin səfəri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yunanıstan prezidentinin səfəri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 04 aprel 2011 14:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Yunanıstan prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakı şəhərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, 4-6 aprel tarixlərində Yunanıstan prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar keçiriləcək dövlət əhəmiyyətli tədbirlərdə iştirak edəcək qonaqların yol hərəkətində təhlükəsizliyini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcək.

Belə ki, aprelin 5-də səhər saat 08.30-dan 20.00-dək paytaxtın Bakıxanov-İzmir küçələrinin kəsişməsində, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Neftçilər prospekti Yusif Səfərov küçəsi ilə Aeroport şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Aprelin 6-da isə səhər saat 10.00-dan rəsmi tədbir yekunlaşana qədər yuxarıda sadalanan marşrutlar üzrə, habelə Rəşid Behbudov küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospekti ilə Heydər Əliyev prospekti boyunca nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyularaq, istiqamət dəyişdiriləcək.

V. Əsədov sürücüləri adıçəkilən küçə və prospektlərdə alternativ yollardan istifadə etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR