Bank Of Baku

Fərdi əməklə məşğul olan ailələrdən ünvanlı sosial almaq üçün gəlirlərini təsdiqləyən sənəd tələb olunur

Fərdi əməklə məşğul olan ailələrdən ünvanlı sosial almaq üçün gəlirlərini təsdiqləyən sənəd tələb olunur
# 04 aprel 2011 15:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım almaq istəyində olan aztəminatlı ailələrə müraciət edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, son vaxtlar ünvanlı sosial yardım təyinatı ilə əlaqədar müraciət edən ailələrin yazdığı ərizə və şikayətlərin təhlili göstərir ki, əmək qabiliyyətli ailə üzvlərinin üzrsüz səbəbdən işləməməsi və yaxud qeyri-rəsmi şəkildə fərdi əməklə məşğul olması barədə məlumat verdiklərinə görə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərində fəaliyyət göstərən “Ünvanlı sosial yardım təyin edən Komissiya”lar tərəfindən müraciətlərin çoxuna sosial yardım təyin olunmasına görə imtina cavabı verilir.

Nazirlikdən bildirilib ki, ƏƏSMN-də ünvanlı sosial yardım alan ailələrin gəlirlərini, onların əmlak vəziyyətini və ailə tərkibi haqqında məlumatları özündə əks etdirən geniş məlumat bazası yaradılıb. Qeyd edilən baza üzrə aparılmış təhlillər göstərir ki, ünvanlı sosial yardım üçün müraciət edən ailələr gəlirlərinin əsasən fərdi əməkdən formalaşdığını bildirərək şifahi məlumatlar təqdim edirlər. Bu da ailələrin gəlirlərinin və sonda ünvanlı sosial yardımın məbləğinin düzgün hesablanmamasına gətirib çıxarır: “Bununla əlaqədar fərdi əməklə məşğul üzvləri olan ailələrə müraciət edərək bildiririk ki, ünvanlı sosial yardım üçün müraciət zamanı həmin ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim etməlidirlər. Məqsəd ünvanlı sosial yardım üçün müraciət edən və gəlirlərinin fərdi əməkdən formalaşdığını bildirən ailələrin gəlirlərini düzgün müəyyənləşdirmək və dəqiq hesablamaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR