Bank Of Baku

Bakıda mülkiyyət hüququ məsələlərinə həsr olunmuş dəyirmi masa keçiriləcək

Bakıda mülkiyyət hüququ məsələlərinə həsr olunmuş dəyirmi masa keçiriləcək
# 04 aprel 2011 15:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Aprelin 9-da Bakıda mülkiyyət hüququ məsələlərinə həsr olunmuş dəyirmi masa keçiriləcək. APA-nın məlumatına görə, dəyirmi masa ATƏT-in Bakı Ofisi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və «Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH» Alman Əməkdaşlıq Şurası tərəfindən təşkil olunacaq.

Dəyirmi masanın əsas mövzusu Azərbaycanda mülkiyyət hüququ məsələlərinə dair mövcud durumun analizi, xüsusilə mülkiyyətin qeydiyyata alınması olacaq.

Dəyirmi masada hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, hakimlər, Vəkillər Kollegiyasının üzvləri, insan hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR