Bank Of Baku

Görkəmli neftçi-geoloq Ağaqurban Qurban oğlu Əliyevin xatirəsi əbədiləşdiriləcək

Görkəmli neftçi-geoloq Ağaqurban Qurban oğlu Əliyevin xatirəsi əbədiləşdiriləcək
# 04 aprel 2011 16:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev görkəmli neftçi-geoloq Ağaqurban Qurban oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A. Q. Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə ARDNŞ-ə “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində A. Q. Əliyevin büstünün qoyulmasını təmin etmək, Bakı şəhər İcra Hakimiyyətinə A. Q. Əliyevin yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin etmək tapşırılıb. Sərəncamı digər bəndinə görə, Sənaye və Energetika Nazirliyi və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə A.Q.Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR