Misir Mərdanov “Zəngi” liseyinin Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb - FOTO
Sonra liseydə hazırlanmış elektron dərs cədvəli haqqında cədvəlin tərtibçisi, «Zəngi» liseyinin Valideyn-Müəllim Assosiasiyası (VMA) İdarə Heyətinin üzvü, «Azsoft» şirkətinin rəhbəri Elman Məcidovun təqdimatı dinlənilib. E. Məcidov elektron dərs cədvəli hazırlanarkən nəzərə alınması vacib olan amillərdən danışıb, layihənin icrası zamanı müvafiq tələblərin, müəllimlərin arzu və istəklərinin diqqətdə saxlanıldığını bildirib.
«Zəngi» liseyi VMA-nın prezidenti, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə assosiasiyanın fəaliyyəti barədə təqdimatla çıxış edib. Təhsil ocaqlarında VMA-ların yaradılmasının əhəmiyyətindən danışan V. Rəhimzadə məktəblərin idarə olunmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində, valideynlərin təhsil müəssisələrinin işinə daha yaxından cəlb olunmasında bu qurumların böyük rol oynadığını bildirib.
«Zəngi» liseyi VMA-nın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ərəstun Mehdiyev ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirib. Ə. Mehdiyev valideyn-məktəbə əlaqələrinin möhkəmləndirilməsi barədə fikirlərini bildirib, şagirdlərin tədrisə marağının daha da artırılması üçün zəruri hesab etdiyi bir sıra məsələlərə toxunub.
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova VMA-ya göstərdiyi diqqət və qayğıya, irəli sürülən təkliflərə sayğı ilə yanaşdığına, vaxtaşırı qurumun İdarə Heyətinin üzvləri ilə görüşdüyünə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Hazırda ölkə üzrə təxminən 1500 məktəbdə VMA-nın fəaliyyət göstərdiyini diqqətə çatdıran icraçı direktor bu qurumların öz nizamnamə vəzifələrini uğurla yerinə yetirdiyini, onların fəaliyyəti nəticəsində son illər məktəblərin valideynlərlə əlaqəsinin, müəllim-valideyn əməkdaşlığının daha da gücləndiyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbirdə çıxış edərək VMA üzvləri ilə növbəti görüş üçün onların rayonundakı təhsil ocağını seçdiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Nizami rayonunun təhsil sahəsindəki uğurlarından söz açan T. Budaqov ötən il ali məktəblərə qəbul zamanı yüksək bal topladıqlarına görə Prezident təqaüdünə layiq görülmüş 111 tələbədən 11-nin Nizami rayonunu təmsil etdiyini və bu uğurların qazanılmasında «Zəngi» liseyinin mühüm rolu olduğunu vurğulayıb.
Təhsil naziri Misir Mərdanov belə görüşlərin faydalı olduğunu, liseydə gördüklərindən məmnun qaldığını bildirib. Nazir liseyin Valideyn Müəllim Assosiasiyasının fəaliyyətini müsbət qiymətləndirib, qurumun işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Misir Mərdanov liseydə müasir tələblərə cavab verən akt və idman zallarının tikilməsinin, eyni zamanda istilik sisteminin qaydaya salınmasının vacibliyini vurğulayıb. Gələn il liseyin fəaliyyətinin 20 ilinin tamam olacağını söyləyən təhsil naziri bununla bağlı təntənəli tədbir keçirilməsini, liseyin fəaliyyəti haqqında kitab hazırlanmasını tövsiyə edib, tədris ocağının kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda iştirakçılar liseyin xor kollektivinin çıxışlarını dinləyiblər. «Azsoft» şirkətinin köməyi ilə İKT üzrə liseydə təşkil olunmuş «Biləyən» kursunun ilk məzunlarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Qubada minik avtomobili yük avtomobilinə çırpılıb, iki nəfərin vəziyyəti ağırdır
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb