Bank Of Baku

Tərtərdə quduzluq xəstəliyinə yoluxan məcburi köçkün vəfat edib

Tərtərdə quduzluq xəstəliyinə yoluxan məcburi köçkün vəfat edib
# 04 aprel 2011 17:02 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Tərtər rayonunda vəhşi çöl heyvanının dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxan məcburi köçkün bu gün vəfat edib. APA-nın Qarabağ bürosunun mərhumun qohumlarına istinadən verdiyi məlumata görə, Şuşa rayon sakini, hazırda Tərtər rayonunun Seydimli kəndində məskunlaşan 1973-cü il təvəllüdlü Cabbarov Araz Tapdıq oğlunu 2010-cu ilin dekabr ayında vəhşi çöl heyvanı dişləyib. Həkimə müraciət etməyən A. Cabbarovun səhhətində bir müddət sonra problem yaranıb. Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəstə bir neçə gün sonra oradan qaçaraq evə gəlib və ailə üzvlərinin üzərinə hücum edib, ev əşyalarını dağıdıb. Yaxınları onu növbəti dəfə xəstəxanaya aparıblar. Bərdə Mərkəzi Rayon Xəstəxanadan bildirib ki, A. Cabbarov ötən gün quduzluq xəstəliyinin əlamətləri diaqnozu ilə müəssisəyə daxil olub. Ona müvafiq tibbi yardım göstərilib. Yaxınlarının xahişi ilə A. Cabbarov evə aparılıb və orada vəfat edib.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü Araz Cabbarov 2 uşaq atası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR