Bank Of Baku

Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olub
# 04 aprel 2011 17:46 (UTC +04:00)
Bakı-APA. Aprelin 4-də prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlət başçısına məlumat verib. Qəsəbədə görülən işlərlə yaxından tanış olan dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb.
Sakinlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəsəbə sakinləri dövlət başçısından mədəniyyət evinin əsaslı surətdə yenidən qurulmasını, xəstəxana və məktəb üçün yeni binalar tikilməsini xahiş ediblər.
Qobustan qəsəbəsinin sakinləri ilə görüşdən sonra prezident İlham Əliyev Ələt qəsəbəsində də oldu. Burada da görülən işlər barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, Ələtdə qəsəbədaxili yolların 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaq. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcək.
Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı Ələt qəsəbəsinin sakinləri ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR