Bank Of Baku

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun qərargahının açılışı olub

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun qərargahının açılışı olub
# 05 aprel 2011 09:35 (UTC +04:00)
APA-nın məlumatın görə, tədbirdə çıxış edən Forumun sədri Orxan Əkbərov bildirib ki, təmsil etdiyi qurum 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Qərargahın açılmasında əsas məqsəd xaricdə təhsil almış və məzun olmuş azərbaycanlı gənclərin toplaşması, rahat şəkildə fəaliyyət göstərə bilməsi üçün şəraitin yaradılmasından ibarətdir. ASAİF-in 2010-cu il sentyabrın 15-də təsis olunduğunu deyən O. Əkbərovun sözlərinə görə, ötən müddət ərzində təşkilat bir neçə böyük layihə həyata keçirib. Onlardan ən böyüyü bir ay əvvəl keçirilən Strasburq Forumudur. Bu forumda 25-dən artıq ölkə, 250 gənc iştirak edib: “Əsas məqsədimiz ondan ibarətdir ki, gənclərimiz xaricdə təhsil alarkən özlərini yalqız hiss etməsinlər. Azərbaycan dövlətinin potensialı ilə xaricdə təhsil alan gənclərin gücünü birləşdirib ölkəni xaricdə daha yaxşı təmsil etmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR