Bank Of Baku

BDU-da Elmi Şuranın iclası keçirilib

BDU-da Elmi Şuranın iclası keçirilib
# 05 aprel 2011 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın iclası keçirilib. APA-nın xəbərinə görə, 2010-cu ildə aparılmış elmi-tədqiqat işləri haqqında məlumat verən BDU-nun elmi işlər üzrə prorektoru İsmayıl Əliyev bildirib ki, universitetinin 17 fakültəsinin 126 kafedrasında, 2 elmi tədqiqat institutunda, 3 elmi tədqiqat mərkəzində, 24 elmi tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid tədqiqatlar aparılır.

Ötən il BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs vəsaiti, 2747 məqalə nəşr edilib. BDU əməkdaşları tərəfindən bu universitetin sahibliyi ilə 9 patent alınıb. Ötən il universitetdə 4 daimi dissertasiya şuralarında 8 nəfər doktorluq, 60 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. BDU-da fəaliyyət göstərən birdəfəlik dissertasiya şuralarında 6 doktorluq, 24 ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri xarici vətəndaşdır.

İ. Əliyev deyib ki, ötən il BDU-nun əməkdaşları tərəfindən 35 beynəlxalq və respublika daxili elmi layihələr həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR