Bank Of Baku

Bakı havasında normadan artıq olan tozun miqdarı sabahdan azalmağa başlayacaq

Bakı havasında normadan artıq olan tozun miqdarı sabahdan azalmağa başlayacaq
# 05 aprel 2011 11:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşlarının tərəfindən Bakı şəhərinin atmosfer havasının çirklənmə səviyyəsinin yoxlanılması məqsədilə apardıqları monitorinq zamanı aşkarlanıb. Nazirliyin mütəxəssislərinin fikirlərinə görə, buna əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb. Aprelin 5-də gecə və səhər saatlarında nisbətən zəif küləyin mövcudluğu atmosfer havasında tozun səpələnməsinə və miqdarının azalmasına əlverişli şərait yaratmayıb.

Nazirlikdən bildirilib ki, aprelin 6-dan başlayaraq, zəif cənub, cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması proqnozlaşdırılır. Bu da atmosfer havasında toplanmış toz hissəciklərinin səpələnməsi və miqdarının azalması üçün əlverişli şərait yaradacaq. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənmənin minimuma enməsinə səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR