Bank Of Baku

Azərbaycanda məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək

Azərbaycanda məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək
# 05 aprel 2011 11:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının tikintisinə hazırlaşır. «APA-Economics»in məlumatına görə, artıq MKSİF yeni binaların layihələndirilməsi üzrə təkliflər sorğusu elan edib.

Sorğuya əsasən Bakının Sabunçu rayonunda, Ramana qəsəbəsi ərazisində 80 mənzilli beşmərtəbəli yaşayış binasının layihələndirilməsi nəzərdə tutulur. Abşeron rayonu, Masazır bələdiyyəsinin ərazisində isə 758 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi salınacaq. Bundan təqribən iki dəfə böyük yaşayış məhəlləsi Qaradağ rayonu ərazisində tikiləcək. Çoxmərtəbəli binalardan ibarət yaşayış məhəlləsində 1410 məcburi köçkün ailəsinin yaşaması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR