Bank Of Baku

Azərbaycanda yaxın üç ay ərzində gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda yaxın üç ay ərzində gözlənilən hava proqnozu açıqlanıb
# 05 aprel 2011 12:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda aprel, may, iyun aylarında temperatur rejiminin iqlim normasına yaxın və bir qədər çox olacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, uzunmüddətli proqnozlar Ümumdünya Metrologiya Təşkilatının Regional İqlim Mərkəzləri tərəfindən hazırlanır: “Bu proqnozlar beş ölkənin -İngiltərə, Fransa, Almaniya, ABŞ və Rusiya regional mərkəzləri tərəfindən tərtib edilir. Çox hallarda onlar fərqli rəqəmli modellərdən istifadə edirlər. Ona görə də təqdim etdikləri proqnozlar bir-birindən fərqlənir. Beş mərkəz tərəfindən təqdim olunan məlumatların əksəriyyətini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Mərkəzi Qafqaz regionu üzrə temperatur normaya yaxın və bir qədər yüksək, yağıntılar isə bəzi ərazilərdə normadan bir qədər az olacaq”.

U. Tağıyeva deyib ki, aprel, may, iyun aylarında kəskin anomaliyaların baş verəcəyi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR