Bank Of Baku

Yaxın 3 ayda Azərbaycandakı bütün tibb müəssisələri vahid resept blankları ilə təmin ediləcək

Yaxın 3 ayda Azərbaycandakı bütün tibb müəssisələri vahid resept blankları ilə təmin ediləcək
# 05 aprel 2011 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın 2-3 ay ərzində Azərbaycandakı bütün tibb müəssisələri vahid resept blankları ilə təmin ediləcək. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, ilk növbədə Bakı və Sumqayıtdakı müalicə-profilaktika müəssisələrinə vahid resept blankları paylanacaq. İkinci mərhələdə isə blanklar ölkənin digər bölgələrindəki tibb müəssisələrinə veriləcək.

Nazirlikdən bildirilib ki, mülkiyyət formasından və hüquqi tabeliyindən asılı olmayaraq, ölkədəki bütün tibb müəssisələri alternativ resept blanklarından istifadəsi qadağandır.
Artıq heç bir şirkət öz blankını tibb müəssisələrin verə bilməz.

Səhiyyə Nazirliyinin maliyyə vəsaiti hesabına çap edilən blanklar dövlət xəstəxanalarına ödənişsiz, özəl müəssisələrə isə ödəniş əsasında veriləcək. Bu blankların əlavə nüsxəsi apteklərdə qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR