Bank Of Baku

Qubada 75 yaşlı qadın özünü yandırıb

Qubada 75 yaşlı qadın özünü yandırıb
# 05 aprel 2011 13:23 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın Quba rayonunda 75 yaşlı qadın özünü yandırıb. Hadisə Qubanın Aşağı-xuc kəndində baş verib. Quba rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, kənd sakini Əhmədova Qızxanım Zəki qızı yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. O təcili olaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Qızxanım Əhmədovaya tibbi yardım göstərilib. İlkin ehtimala görə, Qızxanım Əhmədovanın intihara cəhd etməsinə cavan oğlunun ürək çatışmazlığından dünyasını dəyişməsi səbəb olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR