Bank Of Baku

Bakıda Mənzil Tikinti Kooperativi ilə müqavilə bağlayaraq payçı olan, lakin mənzil ala bilməyən şəxslər Hacıbala Abıtalıbovla görüşüblər – FOTO

Bakıda Mənzil Tikinti Kooperativi ilə müqavilə bağlayaraq payçı olan, lakin mənzil ala bilməyən şəxslər Hacıbala Abıtalıbovla görüşüblər – <font color=red>FOTO</font>
# 05 aprel 2011 14:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “Alyans-NN” Mənzil Tikinti Kooperativi (MTK) ilə müqavilə bağlayaraq həmin MTK-nın Xətai rayonunda inşa etdiyi binaya payçı olan, lakin mənzil ala bilməyən bir neçə şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər. APA-nın xəbərinə görə, şikayətçilər bildiriblər ki, mənzillərin pulu qanuni şəkildə ödənildikdən sonra kooperativ rəhbərliyi tikilən binada həmin şəxslərin adına mənzil olmadığını deyib. Şikayətçilərlə görüşən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə problemin aprelin 8-nə qədər həll olunacağını bildirib.

Adıçəkilən şirkətin nümayəndəsi Şirin Əzizov isə APA-ya açıqlamasında bildirib ki, həmin şəxslərin müqavilələri saxtadır: “Həmin şəxslər 2007-ci ilə müqavilə bağlayıblar. O vaxt isə bizdə satış şöbəsinin rəhbəri olan şəxs hazırda rəhmətə gedib. Mən onunla işləmədiyim üçün adını xatırlamıram. Qanuni şəkildə müqavilə bağlayanda müqavilənin bir əsli, iki nüsxəsi olur. Müqavilənin əsli mənzil alanda olmalıdır. Lakin nə onların müqaviləsinin əsli, nə də ki, adları firmanın sənədlərində yoxdur. Bundan əlavə, bizim binada 674 mənzil var. Bu mənzillər də Bakı Şəhər İcra Hakimiyyəti üçün tikilib. Həmin mənzilləri satmaq olmaz. Mən bunları Hacıbala Abutalova da bildirmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR