Bank Of Baku

Səhiyyə Nazirliyi orta tibb işçilərini də sertifikatlaşdırmadan keçirəcək

Səhiyyə Nazirliyi orta tibb işçilərini də sertifikatlaşdırmadan keçirəcək
# 05 aprel 2011 14:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyi orta tibb işçilərinin sertifikatlaşdırılmasına başlamağı nəzərdə tutur. Nazirlikdən APA-ya verilən məlumata görə, orta tibb işçilərin sertifikatlaşdırılmasına hazırlıq məqsədi ilə aprelin 8-dən artıq sınaq test imtahanlarının keçirilməsinə başlanacaq. İlk sınaq test imtahanları aprelin 8-də tibb bacısı ixtisası üzrə keçiriləcək. Növbəti imtahanlar laborant ixtisası üzrə aprelin 12-də, mama ixtisası üzrə aprelin 15-də, diş texniki ixtisası üzrə aprelin 21-də, feldşer ixtisası üzrə aprelin 28-də olacaq.

Qeyd edək ki, yanvar ayından Azərbaycanda ilk dəfə olaraq, həkimlərin sertifikasiyası məqsədi ilə imtahanların keçirilməsinə başlanılıb. Sertifikasiyadan keçən həkimlər növbəti beş ildə tibbi və əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR